La Liqada nadir hadisə: Meydanda yalnız ispanlardır
01.03.2020 - 20:46
İspaniya La Liqasında nadir hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, “Atletik” və “Vilyarreal” arasında görüşdə meydana start heyətində 22 ispaniyalı futbolçu çıxıb.
Hər iki komanda yalnız yerli futbolçuları “11-liy”ə daxil edib. Görüş Bilbao təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
La Liqada sonuncu dəfə belə hadisəyə 2014-cü ildə təsadüf olunub. 6 il əvvəl “Eybar” – “Real-Sosyedad” qarşılaşmasında meydana yalnız ispaniyalılar çıxıb.
0
0