La Liqanın ən yaxşısı seçildi – Lionel Messi
06.03.2020 - 17:00
La Liqanın ən yaxşısı seçildi – Lionel Messi

İspaniya La Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Barselona”nın kapitanı Lionel Messi növbəti dəfə bu ada layiq görülüb.

O, ötən ay ərzində qol+ötürmədə 10 xal toplamağı bacarıb. 32 yaşlı superulduz “Levante” ilə görüşdə 2, “Betis”lə matçda 3, “Xetafe” önündə isə 1 məhsuldar ötürmə ilə yadda qalıb. Leo ayın sonlarında “Eybar”la qarşılaşmada poker müəllifi olub.

Qeyd edək ki, Lionel Messi cari mövsüm La Liqada keçirdiyi 21 oyunda 18 qol, 12 assistlə diqqət çəkib.