Lakazett “Arsenal”la bağlı qərarını verdi
22.02.2022 - 09:36
Lakazett “Arsenal”la bağlı qərarını verdi

“Arsenal”ın futbolçusu Aleksandr Lakazett gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, hücumçu London klubunu tərk edəcək.

O, yayda azad agent statusu ilə komandasını dəyişəcək. Forvardın xidmətində “İnter”lə “Yuventus” maraqlıdır.

“Lion” da Lakazetti heyətində görmək istəyir. 2017-ci ilin yayında bu klubdan “Arsenal”a keçən hücumçunun sabiq komandasına qayıtması kifayət qədər real sayılır.

Qeyd edək ki, Aleksandr cari mövsümün 18 oyununda 3 qol vurub.