Lakazett də “Barselona”nın transfer siyahısında
01.04.2022 - 18:00
Hücumçu axtarışında olan “Barselona”nın transfer siyahısına daha bir tanınmış futbolçu düşüb.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Aleksandr Lakazetti heyətinə qatmaq niyyətindədir.
Yayda müqaviləsi başa çatacaq fransalı azad agent statusu alacaq. “Barselona” da 30 yaşlı futbolçunu xərcə düşmədən ələ keçirmək arzusundadır.
Qeyd edək ki, Aleksandr 23 matçda 4 qol vurub.
0
0