Latviya futbol tarixinin simvolik “11-liy”i - ikisi ölkəmizdə oynayıb
05.02.2022 - 13:34
Latviya futbol tarixinin simvolik “11-liy”i - ikisi ölkəmizdə oynayıb

Latviya futbol tarixinin simvolik komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ölkə futbol tarixinin ən yaxşı “11-liy”ini açıqlayıb.

Siyahıda Azərbaycanda oynamış iki futbolçu da yer alıb. Bunlar “Bakı”nın sabiq yarımmüdafiəçisi Andrey Ştoltsers və hücumçusu Maris Verpakovskisdir.

Qapıçı: Aleksandr Kolinko;
Müdafiəçilər: Vilnis Straume, Mixail Zemlinski, İqor Stepanov, Yuri Şevlakov;
Yarımmüdafiəçilər: Vitali Astafyev, Yuri Layzans, Andrey Ştoltsers;
Hücumçular: Marian Pahar, Georqi Smirnov, Maris Verpakovskis.

Qeyd edək ki, Ştoltsers 2005/06, Verpakovskis isə 2011/12 mövsümündə ölkəmizdə “Bakı”nın formasını geyinib.