Latviya klubu baxışa çağırdı - Rafael Ağayevi
12.02.2020 - 14:54
Latviya klubu baxışa çağırdı - Rafael Ağayevi

Azərbaycanlı futbolçu Rafael Ağayev "Dauqavpils" klubunun düşərgəsinə yollanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin (U-16) seleksiya toplanışında da iştirak etmiş Rusiya futbol məktəbinin yetirməsi Latviya təmsilçisində baxışdan keçiriləcək. 

Qış fasiləsində “Səbail”də baş məşqçi Aftandil Hacıyevin etimadını qazana bilməyən futbolçu "Dauqavpils"də bəyənilərsə, onunla 1 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Rafael Ağayev Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Səbail”də çalışan Emin Ağayevin oğludur.