"İnter" hücumçusu Lautaro Martinesin xidmətindən məhrum qalıb.
Apasport.az saytının məlumatına görə, argentinalı forvard cəzalı duruma düşüb.
Buna səbəb A seriyasının XXI turunda "Kalyari" ilə qarşılaşmada qırmızı vərəqə alması olub. Həmin görüşdə sarı vərəqə aldıqdan sonra hakimə sərt şəkildə etiraz bildirdiyi üçün meydandan qovulan futbolçuya İtaliya Liqasının Nəzarət və İntizam Komitəsi tərəfindən 2 oyunluq cəza kəsilib. Bu isə o deməkdir ki, Martines "Udineze" (2 fevral) və "Milan"la (9 fevral) qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, Lautaro Martines cari mövsüm 20 matçda 11 qola imza atıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı