Legionerlərdən qurulan millimiz Malta ilə də bacarmadı
26.02.2020 - 18:21
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Zamir Həsənovun baş məşqçisi olduğu milli komanda Maltada təşkil edilən UEFA İnkişaf Turnirində son sınağına çıxıb.
Azərbaycan futbolçuları son turda meydan sahibləri ilə görüşüb. Oyun Maltanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, milliləşən legionerlərlə gücləndirilmiş yığmamız keçirdiyi üç matçda cəmi 3 xal toplayıb.
Qeyd edək ki, ilk oyunda Cəbəllütariqə 2:0 hesabı ilə qalib gələn millimiz ardınca Şotlandiyaya 0:7 hesabı ilə uduzub.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0