Lempard, Bekhem, Skoulz və Cerrardı qabaqladı - Dele Alli
08.03.2020 - 00:17
Lempard, Bekhem, Skoulz və Cerrardı qabaqladı - Dele Alli

İngiltərə Premyer Liqasının XXIX turunda "Bernli"nin qonağı olan "Tottenhem" penalti qolu sayəsində 1 xal qazanıb.

Apasport.az saytının məlumatına görə, London klubunun yeganə qolunun müəllifi olan Dele Alli Premyer Liqada yubiley - 50-ci topun müəllifi olub.

Alli 23 yaş 331 günlüyündə 50 qol həddinə çatıb ki, yarımmüdafiəçilər sırasında bu, yeni rekorddur. Ona qədər 50 qola ən erkən çatan orta sahə oyunçusu Frenk Lempard olub. "Çelsi"nin sabiq kapitanı və hazırkı baş məşqçisi 26 yaş 181 günlüyündə bu saya çatıb. İlk "beşlik"də Devid Bekhem (26 yaş 186 gün), Pol Skoulz (27 yaş 47 gün) və Stiven Cerrard (27 yaş 192 gün) qərarlaşıblar.

Qeyd edək ki, "Tottenhem" hazırda 41 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.