Levandovskinin “Barselona”dan tələbi
08.04.2022 - 12:50
Levandovskinin “Barselona”dan tələbi

“Barselona” Robert Levandovskinin transferi ilə bağlı danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin nümayəndələri “Bavariya”nın polşalı hücumçusunun agenti Pini Zahavi ilə görüşüb.

Klubun prezidenti Joan Laporta ilə agent arasında münasibətlərin yaxşı olması üzündən görüş müsbət məcrada keçib. Hücumçu “Barselona”ya keçidin əleyhinə deyil. Levandovski karyerasının Almaniya mərhələsinin başa çatdığı qənaətindədir. Lakin polşalı “Barselona” qarşısına tələb qoyub.

Robert 3 illik müqavilə imzalamaq istəyir. Bu, klub rəhbərliyini razı salan məqam deyil. Barselonalılar belə uzunmüddətli anlaşmanın əleyhinədir.

Qeyd edək ki, Levandovski mövsümün 39 matçında 45 qol vurub. Onun “Bavariya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.