Futzal üzrə Yüksək Liqada qış fasiləsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan çempionatında XV turun oyunları keçirilib.
Turun mərkəzi qarşılaşmasında lider "Araz"la ən yaxın izləyicisi "Marafon" üz-üzə gəliblər. "Araz" 1:0 hesabı ilə öndə olarkən 26:09-cu dəqiqədə "Marafon" oyunçuları hakimin qərarına etiraz əlaməti olaraq meydanı tərk etdiyindən, referi görüşü dayandırıb.
Liderlər qrupunda qərarlaşan EKOL-la "Neftçi" 3 xalı aktivlərinə asanlıqla yazdırıblar. Hər iki komanda rəqibinin qapısından 7 top keçirib.
Ümumiyyətlə, tur bol qollu alınıb. Sona qədər oynanılan 4 matçda qapılara ümumilikdə 45 qol vurulub.
Yüksək Liqa
XV tur
20 fevral
EKOL - "Baku Fire" - 7:2
Namiq Məmmədkərimov, 15:55, 28:02 (pen.), 28:36; Oktay Rüstəmli, 20:36; Fərid Atakişiyev, 30:47; Fərid Ələkbərov, 35:16; Əsgər Abasov, 35:38 - Elşən Zərbəliyev, 29:25; Rəvan Abdullayev, 33:59
"Neftçi" - "Bakı" - 7:1
Elçin Zeynalov, 02:43, 22:06; İlham Allahverdiyev, 17:58 (ö/q); Adil İsmayılov, 25:47; Əjdər Əjdərov, 26:09; Vahib Xocayev, 30:20; Tofiq Hüseynov, 38:25 - Məhəmməd Xəlilov, 28:22
"Premier (Quba)" - "Xızı Futzal" - 8:9
Vüqar Asalıyev, 09:53, 31:51, 32:57; Qulu Rzayev, 10:49, 39:57; Oqtay Orucov, 16:57, 30:40; Habil Nurəhmədov, 17:42 - Aydın Qasımov, 02:22, 03:42; Firudin Ağalarov, 14:49, 36:27; Cavad Hacıyev, 16:25 (ö\q); Qərib İbrahimov, 18:42, 25:59; Xəyal Quliyev, 21:37; Elnur Soltanlı, 32:38
"Record club" - "Yasamal" - 6:5
Sabir Hacıəliyev, 07:37; Vahid Ansari, 09:57, 12:37, 29:41; Hamed Noroozi, 10:32; Chiya Babakhani, 26:01 - Pərviz Əliyev, 12:02; Majid Kalhori, 18:52, 29:57, 33:43 (pen.), 36:03 (pen.)
|
1 |
Araz |
14 |
14 |
0 |
0 |
106-27 |
42 |
|
2 |
EKOL |
15 |
12 |
0 |
3 |
90-40 |
36 |
|
3 |
Marafon |
14 |
11 |
0 |
3 |
83-34 |
33 |
|
4 |
Neftçi |
15 |
11 |
0 |
4 |
69-50 |
33 |
|
5 |
Baku Fire |
15 |
7 |
1 |
7 |
51-64 |
22 |
|
6 |
Premier (Quba) |
15 |
4 |
2 |
9 |
58-76 |
14 |
|
7 |
Bakı |
15 |
4 |
2 |
9 |
48-79 |
14 |
|
8 |
Record club |
15 |
4 |
1 |
10 |
57-82 |
13 |
|
9 |
Xızı Futzal |
15 |
4 |
0 |
11 |
57-100 |
12 |
|
10 |
Yasamal |
15 |
0 |
0 |
15 |
47-114 |
0 |