Liderlərinə yeni müqavilə təklifi - "Mançester Siti"dən
07.03.2020 - 14:01
Liderlərinə yeni müqavilə təklifi - "Mançester Siti"dən

"Mançester Siti" iki aparıcı futbolçusunu komandada saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, "şəhərlilər" yarımmüdafiəçi Kevin De Bruyne və hücumçu Rahim Sterlinqə yeni müqavilə təklif edib.

Premyer Liqa təmsilçisi bununla bağlı oyunçularla danışıqlara başlayıb. Lakin komandanın 2 il müddətinə avrokuboklardan kənarlaşdırılması səbəbindən nə De Bruyne, nə də Sterlinq təklifə konkret cavab verib. Cəza qüvvədə saxlanılarsa, onların klubu tərk etmələri istisna olunmur.

Qeyd edək ki, həm Kevin De Bruyne, həm də Rahim Sterlinq 2015-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.