Linqardın villası qarət olundu
06.03.2022 - 20:06
Linqardın villası qarət olundu

“Mançester Yunayted”in futbolçusu Cessi Linqard xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin Mançester kənarındakı villası qarət olunub.

Oğrular futbolçunun evindən bahalı geyimləri və zinət əşyalarını aparıb. Ümumilikdə Linqarda 120 min avroya yaxın ziyan dəyib.

Bu, son vaxtlar futbolçuların başına gələn ilk belə hadisə deyil. Bir müddət əvvəl “Everton”un oyunçusu Dele Allidə eyni halla üzləşib.