Liqa1-də daha bir oyun təxirə salındı
04.12.2019 - 23:19
Liqa1-də daha bir oyun təxirə salındı

Fransa Liqa1-in XVI turunun “Amyen” – “Reyms” oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna əlverişsiz hava şəraiti səbəb olub.

Matç bu gün Amyendəki “La Likorn” stadionunda baş tutmalı idi. Amma görüntünün məhdudlaşması üzündən qarşılaşma başqa vaxta keçirilib.

Qeyd edək ki, XV turun “Monako” – PSJ görüşü də təxirə salınmışdı. Həmin qarşılaşma gələn il yanvarın 15-nə təyin olunub. “Amyen” – “Reyms” matçı barədə qərar verilməsə də, oyunun həmin tarixə salınacağı gözlənilir.

0
Liqa1 təxirə salındı Amyen