Lokatelli üç həftəlik sıradan çıxdı
04.04.2022 - 16:29
“Yuventus”un futbolçusu Manuel Lokatellinin durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bunu Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.
O bildirib ki, yarımmüdafiəçi zədə üzündən üç həftəyə yaxın meydandan kənar qalacaq. Alleqri bunun 20 gündən artıq sürməyəcəyini qeyd edib.
Qeyd edək ki, Lokatelli “İnter”lə qarşılaşmada zədələnib. O, Lautaro Martineslə toqquşmada xəsarət alıb.
0
0