Lokatellinin keçidini razılaşdırdı – “Yuventus”
13.08.2021 - 15:11
Lokatellinin keçidini razılaşdırdı – “Yuventus”

İtaliya millisinin futbolçusu Manuel Lokatellinin “Yuventus”a keçidi reallaşmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi yarımmüdafiəçinin məxsus olduğu “Sassuolo” ilə razılığa gələ bilib.

Tərəflər transfer məbləğində ortaq məxrəcə gəlib. Lokatelli sonradan 35 milyon avroya alınmaq öhdəliyi ilə bir illik icarəyə veriləcək. 

Futbolçu ilə 2026-cı ilədək müqavilə imzalanacaq. O, ildə 3 milyon avro qazanacaq.