Luçesku Kiyevi tərk etdi
25.02.2022 - 13:39
Luçesku Kiyevi tərk etdi

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku şəhəri tərk edib.

Apasport.az saytının məlumatına görə, buna səbəb Ukraynada yaranmış müharibə şəraitidir.

Rumıniyalı mütəxəssis qorxaq olmadığını, bu üzdən Kiyevdə qalacağını açıqlamışdı. Lakin Rusiya hərbi qüvvələri paytaxta hücum etmək planı içində olduğundan, “Dinamo” rəhbərliyi Luçeskudan şəhəri tərk etməsini istəyib. 77 yaşlı mütəxəssis də bu gün şəxsi avtomobili ilə Kiyevdən ayrılıb.

Qeyd edək ki, Ukraynada yaşanan hərbi gərginlik səbəbindən Premyer Liqa dayandırılıb.