Luis Suaresə Türkiyədən daha bir təklif
07.04.2022 - 15:27
Luis Suaresə Türkiyədən daha bir təklif

“Atletiko”nun hücumçusu Luis Suares daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, indi də “Beşiktaş” Uruqvay millisinin forvardını heyətinə qatmağı planlaşdırır.

“Ağ-qaralar”ın 34 yaşlı ulduz futbolçu uğrunda əsas rəqiblərindən biri isə “Fənərbaxça”dır. Yayda bəzi islahatlara əl atacaq “Beşiktaş” rəhbərliyi hücum xəttini məhz Suareslə gücləndirmək niyyətindədir. Forvardın meneceri ilə hətta ilkin danışıq da olub.

Qeyd edək ki, Luis Suaresin “Atletiko” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.