Luis Suares İtaliya yolunda
07.03.2022 - 23:29
Luis Suares İtaliya yolunda

Luis Suares mövsümün sonunda “Atletiko”nu tərk etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Uruqvay millisinin üzvü ilə müqaviləni yeniləməyəcək.

La Liqa klubu ona əvəzləyici də axtarır. Suares isə artıq təkliflər alıb. 35 yaşlı forvard konkret olaraq “İnter”, “Sevilya”, “Ayaks” və Braziliyanın bir neçə komandasının maraq dairəsindədir. Hazırda “İnter” bu mübarizədə daha şanslı sayılır.

Qeyd edək ki, Luis Suares bu mövsüm “Atletiko”nun heyətində 34 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.