“Minay”ın baş məşqçisi Vasili Kobin bizi var qüvvəmizi, hətta bundan artığını meydanda qoymağa, topalmada kompakt oynamağa, rəqibə müdafiəni ötürmələrlə yarmağa imkan verməməyə kökləmişdi”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milisinin və Ukrayna “Minay”ının futbolçusu Rüstəm Əhmədzadə deyib.
O, Ukrayna çempionatının “Şaxtyor”la matçı (1:1) və vurduğu qol barədə fikirlərini açıqlayıb: “Sınaqdan yaxşı çıxdıq və heç-heçəni əldə etdik. Ədalət naminə deməliyəm ki, rəqib 18-ci dəqiqədən azlıqda idi. Əlbəttə, Premyer Liqada qol hesabımı açdığımdan razı qaldım. Həm də bunu Ukrayna futbolunun nəhənglərindən biri – döyüşkən heyətlə mübarizə aparan “Şaxtyor”la matçda vurdum. “Şaxtyor”a qolumu anama həsr edirəm. İkincini isə atama həsr edəcəm. Onlar ən sadiq azarkeşlərimdir”.
Əhmədzadə növbəti qolunu millidə vurmaq arzusundadır: “Bu qolun sentyabrın 1-də, heyətində oynadığım Azərbaycan millisinin Lüksemburqla səfər matçında vurulmasının əleyhinə deyiləm. Sabah Lvovdan Almaniya Frankfurtuna uçuram. Oradan da oyunun keçiriləcəyi yerə gedəcəm. Sonra bizi daha iki vacib matç – İrlandiya və Portuqaliya ilə qarşılaşmalar gözləyir. Bu görüşləri səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, millimiz sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya ilə səfərdə, 7-də Portuqaliya ilə evdə qarşılaşacaq.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU