Lüksemburqda iki cəzalı – Azərbaycanla oynamayacaq futbolçular
15.11.2020 - 12:09
Lüksemburqda iki cəzalı – Azərbaycanla oynamayacaq futbolçular

Millətlər Liqasının VI turunda Azərbaycan yığması ilə qarşılaşacaq Lüksemburq itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, cırtdan ölkə təmsilçisinin iki futbolçusu noyabrın 17-dəki qarşılaşmada iştirak etməyəcək.

Buna səbəb oyunçuların cəzalı duruma düşməsidir. Noyabrın 14-də Kiprlə səfərdə keçirilən matçda qırmızı vərəqə alan Vahid Selimoviç növbəti oyunu buraxacaq. Dirk Karlson isə turnirdə ikinci dəfə xəbərdarlıq aldığı üçün Millətlər Liqasını başa vurub.

Qeyd edək ki, Lüksemburq Kiprlə səfər matçında 1:2 hesabı ilə uduzub.