Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, Zaqreb təmsilçisi XXX turda “Riyeka”nın qonağı olub.
Bu tura qədər turnir cədvəlinə başçılıq edən “Dinamo”nun çempionluq uğrunda mübarizədə rəqiblərindən biri ilə dueli böyük maraq doğururdu.
Qarşılaşmada hesabı 6-cı dəqiqədə ev sahibləri açıb. Matça ehtiyatdan başlayan Emreli 57-ci dəqiqədə meydana daxil olub. Məhz o, 79-cu dəqiqədə bərabərlik topuna imza atıb. Bununla Mahir “Dinamo”nun heyətində qol hesabını açıb. 86-cı dəqiqədə daha bir qol vuran zaqreblilər minimalhesablı qələbə qazanıb – 2:1.
Bununla liderliyini davam etdirən “Dinamo” xallarının sayını 63-ə yüksəldib.