Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”dakı mövqeyini itirmək təhlükəsi ilə üzləşib.
Apasport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı forvardın, xüsusən də, Polşa çempionatında “dişsiz” görünməsi baş məşqçi Çeslav Mixneviçi narazı salır. Ötən həftəsonu “Lex” önündə zəif performans sərgiləyən Emrelinin artıq bu gün Avropa Liqasında “Napoli” ilə keçiriləcək səfər matçına ehtiyatdan başlayacağı iddia olunub.
Çalışdırıcı start heyətində gənc hücumçu Kaçper Kostorza şans verməyi planlaşdırır. “Legiya”nın heyətində Polşa kubokunda yalnız iki matçda iştirak edən 22 yaşlı forvardın özünü doğrultması Emrelinin Varşava təmsilçisindəki işini çətinləşdirə bilər.
Qeyd edək ki, “Napoli” – “Legiya” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər