AVRO-2020-nin final mərhələsində iki qrup oyununu Bakıda keçirəcək Uels milli komandasının nümayəndələrinin ölkəmizə səfəri davam edir.
Apasport.az saytının məlumatına görə, böyük britaniyalılar otellərə və stadionlara baxış keçirməyə, infrastrukturla tanışlığa başlayıblar.
Baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin yer aldığı nümayəndə heyəti “Qarabağ”a məxsus “Azərsun Arena”da olub, stadion və bazanı gəziblər. Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Mahir Emreli arenaya təşrif buyuran Giqqzlə şəkil çəkdərək sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, A qrupunda mübarizə aparacaq Uels millisi Türkiyə və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”