Mahir Emreli ilə bağlı sorğu: “Dinamo”da 4-cü səviyyə...
04.02.2022 - 12:40
Mahir Emreli ilə bağlı sorğu: “Dinamo”da 4-cü səviyyə...

Xorvatiya mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandası Zaqreb “Dinamo”su ilə bağlı sorğu keçirir.

Apasport.az saytının məlumatına görə, sual Emrelinin keçidindən sonra daha da güclənən komandanın məhz hücum xətti ilə bağlıdır.

Mislav Orşiçin yerinin toxunulmaz olduğunu düşünən xorvatiyalılar onunla start heyətində kimin tandem təşkil etməli olduğunu araşdırır. “Dinamo”nun 5 ön xətt oyunçusunun da adının yer aldığı sorğuda iştirak edən azarkeşlər Bruno Petkoviçə üstünlük verir. İndiyə qədər 10 minə yaxın fanatın qatıldığı səsvermədə Petkoviç 38 faizlə Orşiçə ən layiqli tandem hesab olunur.

Respondentlərin 25 faizi Komnen Andriçi buna hazır hesab edirsə, 18 faiz şəxs Mahir Emrelinin matçlarda start heyətində meydana çıxmasının tərəfdarıdır. Yəni futbolçumuz hazırda “Dinamo”nun 6 hücumçusu arasında 4-cü sayılır. Duje Çop 11, Deni Yuriç isə 8 faiz səs toplayıb.

Qeyd edək ki, Mahir Emreli “Dinamo” ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb.