Mahir Emreli oynadı, “Dinamo” qalib gəldi
03.04.2022 - 20:51
Mahir Emreli oynadı, “Dinamo” qalib gəldi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Xorvatiya çempionatının “Draqovolyaç”la matçında iştirak edib.

Mahir 70-ci dəqiqədə meydana çıxıb. 46-cı və 81-ci dəqiqədə rəqib qapısına yol tapan “Dinamo” isə görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. 

Autsayderi məğlub edən Zaqreb təmsilçisi liderliyini qoruyub. 28 matçda 60 xal toplayan “Dinamo” ikinci yerdə olan “Osiyek”i 3 xal qabaqlayır.