Mahir Emreli: “Dinamo”nun bir parçası olmaq heyrətamizdir”
05.02.2022 - 17:15
Mahir Emreli: “Dinamo”nun bir parçası olmaq heyrətamizdir”

“Dinamo”da hamı mənə xoş münasibət göstərdi. İlkin təəssüratlarım əladır”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”suna transferi barədə danışarkən deyib.

Xorvatiya klubunun rəsmi televiziyasına müsahibə verən 25 yaşlı hücumçu bu komandaya keçdiyi üçün xoşbəxt olduğunu söyləyib: “Baş məşqçi Jelko Kopiçlə və komanda yoldaşlarımla tanış oldum. Hamısı nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya biləcəyimi dedi. Tanıdığım şəxslər əla idi. Bura gəldiyim üçün çox xoşbəxtəm. “Dinamo”nun bir parçası olmaq heyrətamizdir. Bu komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdur. Çünki bunu hamı bilir”.

Emreli “Dinamo”nun bir neçə matçını öncədən izlədiyini sözlərinə əlavə edib: “Tottenhem”lə keçirilən oyun möhtəşəm idi. Rəqib top-klub olsa da, “Dinamo” müqavimət göstərmək gücündə olduğunu sübut etdi. Hamı bu komandaya hörmət etməlidir”.

Qeyd edək ki, qış fasiləsində “Legiya”ya qayıtmayan Mahir Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.