Mahir Emrelidən vida mesajı
26.10.2021 - 11:04
Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Legiya”da istefaya göndərilən baş məşqçi Çeslav Mixneviçlə bağlı paylaşım edib.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard instaqram səhifəsi vasitəsilə 51 yaşlı mütəxəssislə vidalaşıb.
Emreli yay fasiləsində onun transferində əməyi olan polşalı çalışdırıcı ilə birgə çalışmaqdan məmnunluğunu ifadə edib: “Sizin rəhbərliyiniz altında çalışmaq xoş idi!”.
Qeyd edək ki, “Legiya” baş məşqçi postuna Marek Qolebiyevski gətirilib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0