Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” klubu baş məşqçisini dəyişməyə hazırlaşır.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, ardıcıl uğursuz çıxış hazırkı çalışdırıcı Çeslav Mixneviçin postunu laxladıb.
Avropa Liqasında “Napoli”yə son məğlubiyyət və Polşa Ekstraklasasında uğursuz nəticələr klub rəhbərliyinin səbir kasasını daşırıb. Təcrübəli mütəxəssisin rəsmilərlə münasibətlərinin qaydasında olmaması da erkən ayrılığı şərtləndirə bilər.
Varşava təmsilçisi artıq yeni çalışdırıcısını da müəyyənləşdirib. Rəhbərlik Mixneviçin hazırkı köməkçisi Pşemislav Maleçkini müvəqqəti baş məşqçi postuna təyin etməyi planlaşdırır.
Qeyd edək ki, “Legiya” 12 turdan sonra Polşa çempionatında 15-ci pillədə qərarlaşıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir