“Legiya”da olarkən Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə edilən azarkeş hücumu ilə bağlı iş bağlanıb.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, yerli polis ötən ilin dekabrında Emreli ilə yanaşı, digər futbolçu Lukinyasa edilən hücum zamanı heç kimin xəsarət almadığı qənaətinə gəlib.
Bildirilib ki, iş üzrə bütün şahidlər dindirilib və heç kimə xətər yetirilmədiyi müəyyən olunub. Bu üzdən iş bağlı elan edilib.
Qeyd edək ki, ötən ilin dekabrında Polşa çempionatında Plotsk “Visla”sına məğlubiyyətdən sonra “Legiya” bazaya qayıdarkən azarkeşlər avtobusun yolunu kəsib, Mahir Emreli və Lukinyasın başına zərbə vurublar. Bu hadisə səbəbindən qış fasiləsindən sonra varşavalıların düşərgəsinə qayıtmayan Emreli Zaqreb “Dinamo”suna transfer olunub. Lukinyas isə ABŞ klubu “Nyu-York Red Bulls”a keçib.