Mahirin komandasından səfər heç-heçəsi
01.05.2022 - 23:03
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Xorvatiya çempionatının XXXIII turunun iştirakçısı olub.
O, “Lokomotiva” ilə Zaqreb derbisində iştirak edib. Start heyətində meydana çıxan hücumçu 63-cü dəqiqədə əvəzlənib.
“Dinamo” səfər matçında bir xal qazanıb – 1:1. 33 oyundan sonra xal hesabını 70-ə çatdıran paytaxt təmsilçisi sona üç tur qalmış çempionatın vahid lideridir. Mahirin komandası “Hayduk”u 4 xal qabaqlayır.
0
0