Mahrezə iki müştəri – PSJ və “Çelsi”
09.03.2022 - 22:02
Mahrezə iki müştəri – PSJ və “Çelsi”

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu PSJ və “Çelsi”nin maraq dairəsinə düşüb.

Fransalılar ona Anhel di Mariyanın əvəzləyicisi kimi baxır. Mahrezin keçidi 30-40 milyon avro ilə dəyərləndirilir. 31 yaşlı futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Riyad cari mövsümün 33 oyununda 21 qol vurub.