Maldini sağaldı - koronavirusdan
03.04.2020 - 22:17
Maldini sağaldı - koronavirusdan

"Milan"ın futbolçusu Daniel Maldini sağalıb.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi koronavirus xəstəliyindən qurtulub.

Bunu 18 yaşlı hücumameyilli oyunçu özü açıqlayıb. O, növbəti testin mənfi çıxdığını söyləyib: "Özümü yaxşı hiss edirəm. Artıq koronavirusun əlamətləri qalmayıb. Fərdi məşqlərə başlamışam".

Qeyd edək ki, Danielin atası olan "Milan"ın əfsanəvi futbolçusu Paolo Maldini də koronavirus pandemiyasına yoluxub.