Maldininin nəvəsi ilə oynayacağına da ümid edir – Zlatan İbrahimoviç
12.12.2020 - 13:03
“Böyük təcrübəm var. Qollar isə heç vaxt problem olmayıb”.
Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç deyib.
39 yaşlı isveçli hücumçu gələcək karyerası barədə danışıb. Daim qeyri-adi ifadələri ilə gündəmə gələn skandinaviyalı bu dəfə də özünəməxsus tərzdən əl çəkməyib: “Hiss edirəm ki, “Milan”da fərqli nəsillərlə rastlaşmışam. Mən Paolo Maldini ilə oynamışam. İndi onun oğlu Daniellə birgə çıxış edirəm. Ümid edirəm ki, Danielin oğlu ilə də oynayaram. Bu, möcüzə olardı”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0