“Neftçi”nin futbolçusu Mamadu Kane Azərbaycan Premyer Liqasında qol hesabını açıb.
Apasport.az saytının məlumatına görə, qvineyalı yarımmüdafiəçi V turun “Sabah”la matçında (2:1) fərqlənib.
“Neftçi”də 4-cü mövsümünü keçirən Kane ilk qolunu 55-ci oyununda vurub. O, cari mövsüm Premyer Liqada meydana çıxan oyunçular arasında ən uzun müddətdir ilk qol həsrəti yaşayanlar arasında 2-ci sırada idi.
Bu qolla Kane ən uzun həsrət yaşayanlardan ibarət “beşlik”dən çıxıb. Siyahıya isə Elvin Camalov başçılıq edir. O, 159 oyunda meydana çıxsa da, hələ də “siftə” etməyib.
“Beşlik”də Kaneni Rafael Məhərrəmli əvəzləyib. O, ilk qol həsrəti uzun sürən 5-ci oyunçudur.
Cari mövsüm meydana çıxanlar arasında qol vurmadan ən çox oyun keçirənlər:
1. Elvin Camalov (“Sabah”) - 159
2. Hacıağa Hacılı (“Zirə”) - 42
3. Murad Musayev (“Qəbələ”) - 40
4. Eltun Turabov (“Sumqayıt”) - 39
5. Rafael Məhərrəmli (“Keşlə”) - 37
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər