Mançini Mançesterə qayıda bilər
26.03.2022 - 15:03
İtaliya millisinin baş məşqçisi Roberto Mançini yenidən İngiltərədə çalışa bilər.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” 57 yaşlı mütəxəssislə maraqlanır.
Skuadra Adzurranın ardıcıl ikinci dəfə dünya çempionatından kənarda qalması Mançinini istefaya vadar edə bilər. Bundan yararlanan Premyer Liqa təmsilçisi onun meneceri ilə təmasa keçib. Çalışdırıcı yığmadan ayrılarsa, onunla rəsmi danışıqlara başlanılacaq.
Qeyd edək ki, Roberto Mançini 2009-2013-cü illərdə İngiltərədə “Mançester Siti”nin formasını geyinib.
0
0