Maradona yığmanı çalışdırmaqdan imtina etdi
25.01.2020 - 11:19
Maradona yığmanı çalışdırmaqdan imtina etdi

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın yenidən milli komandanı çalışdırmaq imkanı yaranıb.

Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssis Venesuela Futbol Federasiyasından təklif alıb.

Lakin hazırda Argentina klubu "Ximnasiya"nı çalışdıran Maradona Venesuela yığmasının "sükanı arxası"na keçmək təklifini rədd edib. O, yerli kanallardan birinə açıqlamasında klubunu və futbolçularını atmaq istəmədiyini, bu üzdən təklifə mənfi cavab verdiyini söyləyib.

Qeyd edək ki, Maradona 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib.