“Sabah”ın hücumçusu Marko Deviç zədəsini sağaldıb.
Apasport.az saytının məlumatına görə, Serbiya əsilli forvard vətənində müalicəsini başa vurub.
Sabah komandanın istirahət günü olduğundan, 37 yaşlı futbolçu fevralın 26-da Bakıya qayıdaraq kollektivə qoşulacaq. Ukrayna millisinin sabiq üzvü hətta həftəsonu “Qarabağ”la çempionat matçında məşqçilər korpusunun ixtiyarında ola bilər.
Onunla yanaşı, uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi Ruslan Abışov da sıraya dönüb. 33 yaşlı futbolçu ayın 26-dan etibarən baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında komanda ilə birlikdə məşqlərə qatılacaq. Hazır olarsa, Abışov da “Qarabağ”la görüşün iştirak ərizəsinə salınacaq.
Qeyd edək ki, XIX tur çərçivəsində “Qarabağ” – “Sabah” oyunu fevralın 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”