Markos Alonso İtaliyaya qayıdır?
08.04.2022 - 22:51
Markos Alonso İtaliyaya qayıdır?

“Yuventus” hələ də sol cinah müdafiəçisi Aleks Sandroya əvəzləyici axtarır.

Apasport.az saytının məlumatına görə, Turin klubunun bu mövqe üçün ilk namizədi “Çelsi”nin oyunçusu Markos Alonsodur.

İspaniyalı cinah oyunçusu London klubunda Ben Kiluellə əsas heyətə düşmək uğrunda rəqabət aparır. Bu, onun İtaliyaya qayıtmasına səbəb ola bilər. “Yuve” ilə yanaşı, “Atletiko” da 32 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Markos Alonso 2013-2016-cı illərdə İtaliyada “Fiorentina”nın formasını geyinib.