Marsial İtaliya yolunda
22.02.2022 - 19:37
“Mançester Yunayted”in futbolçusu Antoni Marsial karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçunun “İnter”ə keçəcəyi gözlənilir.
Milan klubu yeni forvard axtarışındadır. Aleksis Sançesin komandadan getmək ehtimalının böyük olması A seriyası təmsilçisini buna vadar edib.
Lautaro Martinesi də satmağı planlaşdıran “İnter” Marsialın keçidində maraqlıdır. O, milanlıların transfer siyahısındakı iki hücumçudan biridir. Digər forvard isə “Lill”in üzvü Conatan Deviddir.
Qeyd edək ki, Marsial hazırda icarə əsasında “Sevilya”da forma geyinir.
0
0