“Mançester Yunayted”in hücumçusu Antoni Marsyal daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvünün bu dəfə İtaliyaya köçmə variantı yaranıb.
Baş məşqçi Ralf Ranqniklə mübahisə etdiyi üçün komandadan getmək istəyən 27 yaşlı forvardı “Yuventus” heyətinə cəlb etməyi planlaşdırır. A seriyası təmsilçisi Marsyalı mövsümün sonuna qədər icarəyə götürməyi nəzərdən keçirir. Ancaq italyanlar futbolçunun maaşının yarısını Mançester klubunun ödəməsini istəyir. Oyunçu özü “qoca sinyora”ya keçməyə razılıq verib.
Qeyd edək ki, Antoni Marsyal İngiltərə, İspaniya və Fransa klublarının da transfer gündəmindədir.