Marsyalın La Liqa klubuna keçidi baş tutmadı
12.01.2022 - 15:14
Marsyalın La Liqa klubuna keçidi baş tutmadı

“Mançester Yunayted”in hücumçusu Antoni Marsyalın “Sevilya”ya transferi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, klublar arasında danışıqlar uğursuz nəticələnib.

La Liqa təmsilçisi “mankunianlar”ın icarə ilə bağlı tələblərini qarşılamaqdan imtina edib. “Qırmızı şeytanlar” fransızın maaşının yarısını “Sevilya”nın ödəməsini və icarə haqqı üçün də təzminat ödəməsini istəyib. İspanlar isə qış dönəmində bu xərci qarşılamaq iqtidarında deyil.

Qeyd edək ki, 26 yaşlı hücumçu 2015-ci ildən formasını geyindiyi “Mançester Yunayted”dən ayrılmaq niyyətindədir.