Mata axtarışda
04.04.2022 - 23:13
“Mançester Yunayted”in futbolçusu Xuan Mata yeni klub axtarışındadır.
Apasport.az saytının məlumaıtna görə, İngiltərə təmsilçisi ispaniyalı yarımmüdafiəçisi ilə müqaviləni uzatmayacaq.
Bu üzdən də Mata yeni komanda axtarmağa başlayıb. Yayda azad agent statusu alacaq Xuan karyerasını bitirmək barədə düşünmür.
Qeyd edək ki, Mata 2014-cü ilin yanvarında keçirdiyi “Mançester Yunayted”də 278 oyunda 51 qol vurub.
0
0