Mateusa şərik çıxdı – “Neftçi”nin qapıçısı
21.12.2020 - 17:33
Mateusa şərik çıxdı – “Neftçi”nin qapıçısı

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “Sabah”la qarşılaşmada qapısını toxunulmaz saxlayan Aqil Məmmədov liderliyə şərik çıxıb.

“Neftçi”nin qolkiperi mövsümdə 5-ci quru oyununu keçirib. O, bu göstəricidə rekordçu olan Mateus Albinoya çatıb. “Zirə”nin legioneri də 5 dəfə oyunu qol buraxmadan tərk edib. 

Lakin Aqil Mateusla müqayisədə daha çox matç keçirib. Məmmədovun 12, braziliyalının 10 oyunu var.

Qeyd edək ki, quru oyun sayında 3-cü sırada Stanislav Namaşko qərarlaşıb. “Keşlə”nin əlcək sahibi 4 matçda qol buraxmayıb.