Maykl Cekson Premyer Liqada tarix yazdı
02.05.2022 - 01:14
Maykl Cekson Premyer Liqada tarix yazdı

“Bernli” baş məşqçi dəyişikliyindən sonra Premyer Liqada keçirdiyi 4 oyunda 3 qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, XXXV turun “Uotford”la səfər matçında (2:1) rəsmiləşib.

“Bernli”də yeni baş məşqçinin ilk 4 görüşdə 9 xal toplaması son 31 ilin rekordudur. Bu, Maykl Ceksonun rəhbərliyi altında mümkün olub.

Sonuncu belə uğurlu debütant Cimmi Mallen olub. O, 1991-ci ilin oktyabrında “Bernli”dəki işinə uğurla başlayıb.