Mbappe İbrahimoviçi keçdi
10.03.2022 - 09:06
Mbappe İbrahimoviçi keçdi

Kilian Mbappe PSJ tarixinin ikinci bombardiri adına yiyələnib.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real”ın (1:3) qapısına yol tapıb.

23 yaşlı forvard bununla da Paris təmsilçisindəki qol sayını 157-yə çatdırıb. O, bu matçadək şəriki olduğu Zlatan İbrahimoviçi arxada qoyub.

Klub tarixinin rekordu isə Edinson Kavaniyə məxsusdur. Uruqvaylı 200 dəfə fərqlənib.