Mbappe Qətərə getməkdən imtina etdi
30.03.2022 - 15:59
Mbappe Qətərə getməkdən imtina etdi

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe DÇ-2022-nin püşkatmasında iştirak etməməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, hücumçu aprelin 1-də Qətərin paytaxtı Dohada təşkil olunacaq tədbirə qatılmaqdan imtina edib.

Təşkilatçılar Mbappenin iştirakı ilə bağlı Fransa Futbol Federasiyasının razılığını alıb. Lakin Kilian yığmanın kapitanı olmadığını əsas gətirərək bundan boyun qaçırıb.

Qeyd edək ki, püşkatma mərasimində 32 komanda 8 qrupa bölünəcək. Bu yığmalardan 27-si artıq dəqiqləşib. Daha iki komanda bu gün müəyyənləşəcək. Püşkatmaya üç iştirakçı pley-offun qalibləri kimi qatılacaq.