Mbappe PSJ-də qalır?
04.04.2022 - 14:04
PSJ-nin hücumçusu Kilian Mbappe klubunda qala bilər.
Apasport.az saytının “soccer.ru”ya istinadən məlumatına görə, parislilərin onunla yeni müqaviləyə ümidi artıb.
Rəhbərlik hazırda Fransa millisinin üzvü ilə danışıqları davam etdirir. Hətta danışıqların kifayət qədər uğurlu keçdiyi bildirilib. 24 yaşlı forvard komandada qalarsa, dünyanın ən yüksək ödənişli futbolçusuna çevriləcək.
Qeyd edək ki, PSJ ilə hazırkı müqaviləsi mövsümün sonuna qədər olan Kilian Mbappeni “Real” da heyətinə qatmağa çalışır.
0
0