DÇ-2022-nin daha iki iştirakçısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, ABŞ və Meksika yığmaları Qətərdə baş tutacaq dünya çempionatına qatılmaq hüququna yiyələnib.
KONKAKAF zonasının son oyununda ABŞ Kosta Rikaya 0:2 hesabı ilə məğlub olub, Meksika isə El Salvadora eyni hesabla qalib gəlib. Nəticədə Kanadadan sonra Meksika ikinci, ABŞ isə üçüncü yeri tutaraq, mundiala vəsiqə əldə edib.
Beləliklə, dünya çempionatının 32 iştirakçısından 29-nun adına aydınlıq gəlib.
Qeyd edək ki, ABŞ və Meksikaya kimi Qətər, Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya, Niderland, Danimarka, Almaniya, İsveçrə, Uruqvay, Xorvatiya, Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis, Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı və Qana noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı