"Barselona"nın kapitanı Lionel Messi komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, buna səbəb klubdaxili gərginliyin son günlər artmasıdır.
Əvvəlcə məşq zamanı müdafiəçi Jerar Pike ilə dalaşan argentinalı superulduz daha sonra idman direktoru Erik Abidala narazılığını bildirib. Klub prezidenti Xosep Bartomeunun bu məsələdə Abidalın yanında olması Leonun ayrılığını sürətləndirə bilər. Bu gərginlikdən yararlanan "Mançester Siti" dərhal 32 yaşlı futbolçunun həm özü, həm də klubu ilə təmasa keçib. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola durumdan yararlanıb, keçmiş yetirməsini yanına aparmaq niyyətindədir.
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı